Bank Of Baku

Metyu Brayza: “Türkmənistan qazının Avropaya Azərbaycandan keçərək nəqlini istəyirik”

Metyu Brayza: “Türkmənistan qazının Avropaya Azərbaycandan keçərək nəqlini istəyirik”
# 10 iyul 2007 09:13 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, bu fikirləri ABŞ Dövlət Departamentində keçirdiyi mətbuat konfransında xarici işlər nazirinin müavini Araz Əzimov söyləyib. O, Azərbaycanın bu məsələdə mümkün qədər Avropa ölkələrinə faydalı olmaq istədiyini vurğulayıb. Mətbuat konfransında çıxış edən Metyu Brayza isə Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Yunanıstan və İtaliyaya nəql olunması planlarının qüvvədə qaldığını bildirib. O, Transxəzər layihəsi çərçivəsində təkcə Azərbaycanın yox, Türkmənistan qazının da hara və hansı yolla nəql olunmasının bazar tərəfindən müəyyən olunmasının vacibliyini vurğulayıb: “Türkmənistanın Qərb sahillərində böyük qaz ehtiyatları mövcuddur. Əgər bazar belə qərar versə, onda bu qaz Avropaya Azərbaycan vasitəsi ilə nəql olunacaq. Lakin bu bizim bu gün Azərbaycan hökuməti ilə apardığımız danışıqların mövzusu deyil. Yaxın gələcəkdə biz bu məsələnin son zamanlar Azərbaycanla Türkmənistan arasında yaranan yaxınlaşma fonunda bir daha müzakirə edilməsini gözləyirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR