Bank Of Baku

Mübariz Əhmədoğlu: “Ziyalıların Şuşaya səfəri Rusiyanın təşəbbüsü ilə həyata keçirilib”

Mübariz Əhmədoğlu: “Ziyalıların Şuşaya səfəri Rusiyanın təşəbbüsü ilə həyata keçirilib”
# 10 iyul 2007 10:18 (UTC +04:00)
“Bir qrup ziyalının Şuşaya səfəri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində aktivliyi ələ almış Rusiyanın təşəbbüsü ilə həyata keçirilib”. APA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Rusiya Kosovo münaqişəsinin tənzimlənməsi ilə bağlı müəyyən olunmuş 4 ay ərzində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində keyfiyyət dəyişikliyi yaratmağa çalışır. Politoloqun fikrincə, bu səfərə dövlət tərəfindən idarə olunan xalq diplomatiyası kimi baxmaq olar: “Ziyalıların səfəri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün ciddi mesajdır. Ermənilər beynəlxalq aləmə təlqin edirdilər ki, 16 ildir bu torpaqlara azərbaycanlı ayağı dəymir, yeni nəsil formalaşıb və bu nəsil azərbaycanlıları tanımır. Ziyalıların səfəri ermənilərin yaratmaq istədiyi bu mifi dağıda bilər. Digər tərəfdən ziyalılar Dağlıq Qarabağa öz ərazimizdən keçərək gedib. Bu, belə gediş-gəlişin mümkünlüyünü göstərir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR