Bank Of Baku

SİTM iyun ictimai-siyasi proseslərin yekunları ilə bağlı analitik hesabatını açıqlayıb

SİTM iyun ictimai-siyasi proseslərin yekunları ilə bağlı analitik hesabatını açıqlayıb
# 10 iyul 2007 11:14 (UTC +04:00)
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri Mübariz Əhmədoğlu iyun ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, politoloq ötən ayın “Azərbaycan ayı” olduğunu vurğulayıb. Onun sözlərinə görə, Qəbələ RLS-lə bağlı məsələ ötən ay Azərbaycanın dünya miqyasında müzakirəsinə səbəb oldu. İllərlə bir-birinə rəqib mövqedə olan iki dünya nəhənginin ABŞ və Rusiyanın Azərbaycan üzərində barışa gəlmək imkanlarını olduğunu deyən M. Əhmədoğlu ölkənin təhlükəsizlik və barış zonası rolunu oynamaq şansının olduğunu vurğulayıb: “Bundan başqa, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının konfransı, GUAM-ın Bakıda keçirilən sammiti, Ombudsmanların V konfransının Bakıda keçirilməsi ötən ayı Azərbaycan üçün mühüm ay etdi. Azərbaycan bu mərhələdə gözlənilən risklərə dözümlü olmalıdır”. Dünyada gedən proseslərə diqqət yetirən politoloq ötən ay Yaxın Şərqdə baş verən qanlı toqquşmaların ABŞ rəsmilərinin bölgəyə səfərindən sonra olmasının təsadüf olmadığını deyib. Mərkəzi Asyada şirin su probleminin aktuallaşdığını deyən M. Əhmədoğlu ümumilikdə içməli su məsələsinin yaxın gələcəkdə dünyanın bir nömrəli probleminə çevriləcəyini güman edir. Politoloq İranın daxilində gedən proseslər, Ermənistandakı siyasi çəkişmələrlə bağlı öz fikirlərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR