Bank Of Baku

Müxalifət partiyalarının Məşvərət Məclisi ilə əlaqədar AMİP-də fikir ayrılığı mövcuddur

Müxalifət partiyalarının Məşvərət Məclisi ilə əlaqədar AMİP-də fikir ayrılığı mövcuddur
# 10 iyul 2007 12:09 (UTC +04:00)
Müxalifət partiyalarının yeni Məşvərət Məclisinin yaranması ilə bağlı partiya liderləri arasında aparılan danışıqlarda iştirak edən Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) fikir ayrılığı yaradıb. Partiyanın Ayaz Rüstəmov APA-ya verdiyi açıqlamada bildirib ki, qurumun yaranması ilə bağlı aparılan danışıqlar qaneedici deyil. Onun sözlərinə görə, yaradılacaq qurum 2008-ci il prezident seçkilərini hədəf götürməli və bütün müxalifət partiyalarını birləşdirməlidir: “Partiyaların 2008-ci il seçkiləri ilə bağlı mövqeyi indidən bəlli olmalıdır ki, yerli təşkilatlara da müvafiq tapşırıqlar verilsin. Amma hazırda Məşvərət Məclisində olan partiyaların ayrı-ayrı funksionerləri vahid namizədlə bağlı açıqlamalar verir, bildirirlər ki, onların sədrləri mütləq namizəd olacaqlar. Bu da səmimi birliyin yaranmasına mane olur”. A. Rüstəmov Məşvərət Məclisinin iclasının ayda bir dəfə keçirməsini də passivlik əlaməti hesab edir. Danışıqlarda iştirak edən AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov isə sədrin bir sıra məsələlərdən xəbərsiz olduğunu və buna görə də Məşvərət Məclisi ilə bağlı doğru olmayan mövqe ortaya qoyduğunu deyib: “Sədr öz səhhəti ilə əlaqədar bir aydan artıqdır ki, müalicə olunur və qərargaha gəlmir. Buna görə də danışıqların hansı istiqamətdə aparılmasından xəbərsizdir. Əslində müzakirələr müsbət istiqamətdə gedir. Ona görə də hazırkı danışıqlar AMİP-i qane edir. Sadəcə partiya sədri nəticəyə tez nail olmaq istəyir. Amma biz hesab edirik ki, tələsməyə ehtiyac yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR