Bank Of Baku

AXCP Gənclər Təşkilatı Azərbaycan Gənclər Platformasında fəaliyyətini dayandırıb

AXCP Gənclər Təşkilatı Azərbaycan Gənclər Platformasında fəaliyyətini dayandırıb
# 10 iyul 2007 12:34 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Təşkilatı Azərbaycan Gənclər Platformasından çıxmaq barədə qərar qəbul edib. Bu barədə APA-ya təşkilatın sədri Seymur Həziyev məlumat verib. Onun sözlərinə görə, Gənclər Təşkilatının bu qərarı qəbul etməsinə səbəb qurum daxilində baş verən fikir ayrılıqları olub: “Platforma yaradılarkən qarşıya bir sıra məqsədlər qoyulsa da, sonradan bu məqsədlərin həyata keçirilməsi üçün heç bir addım atılmayıb. Birlik üzvləri arasında ciddi fikir ayrılıqları mövcuddur, buna görə də birgə fəaliyyət mümkün olmadı”. O, həmçinin bu günə qədər ADP və ALP gənclər təşkilatlarının və “Yeni Fikir” Gənclər Hərəkatının qurumdan uzaqlaşdığını qeyd edib. Hazırda Azərbaycan Gənclər Platformasında Vətəndaş və İnkişaf Partiyasının Gənclər Təşkilatı, “YOX” Hərəkatı və Qadın Krizis Mərkəzi təmsil olunur. Qeyd edək ki, Azərbaycan Gənclər Platforması ötən il “Azadlıq” blokuna yaxın olan gənclər təşkilatları tərəfindən təsis olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR