Bank Of Baku

Bakıda enerji infrastrukturunun təhlükəsizliyi üzrə NATO Avroatlantika Tərəfdaşlıq Şurasının kollokviumu keçirilir

Bakıda enerji infrastrukturunun təhlükəsizliyi üzrə NATO Avroatlantika Tərəfdaşlıq Şurasının kollokviumu keçirilir
# 10 iyul 2007 13:46 (UTC +04:00)
Bakıda “NATO həftəsi” çərçivəsində enerji infrastrukturunun təhlükəsizliyi üzrə NATO Avroatlantika Tərəfdaşlıq Şurasının kollokviumu işə başlayıb. APA-nın məlumatına görə, tədbirdə 20 ölkənin nümayəndəsi iştirak edib. Tədbirdə enerji layihələrinə ehtimal olunan təhdidlərə qarşı mübarizə, enerji infrastrukturlarının mühafizəsi, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər müzakirə olunub. NATO-nun iqtisadi təhlükəsizlik üzrə nümayəndəsi Adrian Kendri Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı səylərinin alyans tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb: “Azərbaycan enerji ixracatçısı kimi bütün Avropanın diqqət mərkəzindədir. Azərbaycan mühüm enerji layihələrinin bilavasitə təşkilatçısıdır və həmin layihələrin təhlükəsizliyi bütün Avropanın maraqlarına uyğundur”. Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Ervin Buraltay isə qeyd edib ki, toplantıda aparılan müzakirələr Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələrinin təhlükəsizliyi üçün çox əhəmiyyətlidir. Qeyd edək ki, iki gün davam edəcək kollokvium çərçivəsində tədbir iştirakçıları bu gün Səngəçal terminalına baxış keçirəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR