Bank Of Baku

NATO-nun İctimai Diplomatiya bölməsinin Cənubi Qafqaz üzrə koordinatoru: “İPAP proqramının ikinci mərhələsi ictimaiyyətə açıqlanacaq”

NATO-nun İctimai Diplomatiya bölməsinin Cənubi Qafqaz üzrə koordinatoru: “İPAP proqramının ikinci mərhələsi ictimaiyyətə açıqlanacaq”
# 10 iyul 2007 13:46 (UTC +04:00)
Azərbaycan və NATO arasında əməkdaşlığın davam etdirilməsini nəzərdə tutan Fərdi Tərəfdaşlığın Əməliyyat Planının (İPAP) ikinci mərhələsi əvvəlkindən fərqli olaraq ictimaiyyətə açıqlanacaq. APA-nın məlumatına görə, bu fikirləri Bakıda səfərdə olan NATO-nun İctimai Diplomatiya bölməsinin Cənubi Qafqaz üzrə koordinatoru, xanım Despina Afentuli bildirib. Onun sözlərinə görə, İPAP çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi, həmçinin informasiya ofisinin yaradılması nəzərdə tutulur: “İPAP bəzi məxfi hissələri qorunmaqla, cəmiyyət üçün açıq olmalıdır. Baxışlar, düşüncələr dəyişilməli, ictimaiyyət atılan bütün addımlardan xəbər tutmalıdır”. D. Afentuli bildirib ki, İPAP-ın əsas bölmələri arasında demokratiya və ictimai nəzarət məsələləri də yer alıb. Bu baxımdan NATO əməkdaşlıq etdiyi bütün nazirliklərin ictimaiyyətə, xüsusilə də jurnalistlərə açıq olmasını istəyir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR