Bank Of Baku

NATO Nizamnaməsinin 5-ci bəndi enerji təhlükəsizliyi məsələsinə də şamil oluna bilər

NATO Nizamnaməsinin 5-ci bəndi enerji təhlükəsizliyi məsələsinə də şamil oluna bilər
# 10 iyul 2007 13:54 (UTC +04:00)
“Cənubi Qafqazda həyata keçirilən enerji layihələrinin təhlükəsizliyinin təmini NATO tərəfindən nəzərə alınmalıdır”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat mərkəzinin rəhbəri Xəzər İbrahim söyləyib. Onun sözlərinə görə, hazırda enerji təhlükəsizliyi məsələləri NATO-ya üzv dövlətlər arasında müzakirə olunur: “Bəzi üzv dövlətlər NATO nizamnaməsinin 5-ci maddəsinə enerji təhlükəsizliyi məsələsinin də şamil edilməsini istəyirlər. Əgər bu təklif qəbul edilərsə, həmin maddəyə görə, NATO-ya üzv dövlətlərdən birinə enerji təhdidi ümumilikdə alyansa qarşı təhdid sayıla bilər. Bundan başqa, Estoniya kiberhücumlara da 5-ci maddənin şamil edilməsini təklif edir. NATO-nun Riqa sammitində qəbul edilmiş yekun sənədə enerji təhlükəsizliyi salınıb. Bu, NATO-nun siyasi qərarıdır. Amma hələlik bu sahədə praktiki iş yoxdur. Hesab edirəm ki, müəyyən vaxtdan sonra NATO-nun bununla bağlı strategiyası müəyyən olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR