Bank Of Baku

YAP Rusiyanın “Regnum” İnformasiya Agentliyinə etiraz məktubu göndərib

YAP Rusiyanın “Regnum” İnformasiya Agentliyinə etiraz məktubu göndərib
# 10 iyul 2007 14:33 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Rusiyanın “Regnum” İnformasiya Agentliyinin internet səhifəsində “Dağlıq Qaraba𔝠adlı xüsusi bölmənin yerləşdirilməsi ilə bağlı adıçəkilən agentliyə etiraz məktubu göndərib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, məktubda informasiya agentlikləri vasitəsilə ilə yayılan məlumatlar obyektiv, dəqiq və qərəzsiz olmasının vacibliyi, lakin bəzən bu vacib şərtlərin unudulmasının təəssüf doğurduğu qeyd olunub. Qərəzli mövqe tutan və vaxtaşırı internet səhifəsində birtərəfli məlumat yayan agentliklər sırasında Rusiya Federasiyasının “Regnum” agentliyinin adına rast gəlindiyini bildirən YAP internet saytında “Dağlıq Qaraba𔝠adlı xüsusi bölmənin yerləşdirilməsi və burada qondarma “DQR”-də keçirilməsi nəzərdə tutulan saxta prezident seçkiləri ilə bağlı geniş məlumatların verilməsi bu agentliyin qərəzli mövqeyindən xəbər verdiyini qeyd edib: “Reqnum” İnformasiya Agentliyinin rəhbərliyinə Ermənistan-Azərbaycan münaqişəsi haqqında əsl həqiqətlərin məlum olması heç bir şübhə doğurmur. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpağında Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan prezident seçkisi dünyanın aparıcı beynəlxalq təşkilatları BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və ayrı-ayrı ölkələr tərəfindən birmənalı olaraq pislənilib. Belə olan təqdirdə qondarma “DQR”-də keçiriləcək prezident seçkiləri barədə “Regnum” agentliyinin çoxsaylı məlumatlar verməsi, xüsusən son üç gün ərzində bölməyə mövzu ilə bağlı yüzdən çox informasiyanın yerləşdirilməsi və saxta seçkiləri təbliğ etməsi faktı Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. YAP ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiya Federasiyasının “Regnum” İnformasiya Agentliyinin bu hərəkətlərini pisləyir və Rusiya-Azərbaycan strateji əməkdaşlığına uyğun olmayan bir addım kimi qiymətləndirir”. Agentliyin ermənipərəst mövqe nümayiş etdirməsini pisləyən məktubda birtərəfli şəkildə Ermənistanın mövqeyini müdafiə edən materiallara üstünlük verən “Regnum” agentliyinin fəaliyyətinin beynəlxalq aləmdə təsbit olunmuş informasiya mübadiləsi qaydalarına tam zidd olduğu vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR