Bank Of Baku

“NATO həftəsi” çərçivəsində təşkilatla əlaqəli işləyən Azərbaycan dövlət qurumlarının mətbuat katibləri və jurnalistlər üçün seminar keçirilib

“NATO həftəsi” çərçivəsində təşkilatla əlaqəli işləyən Azərbaycan dövlət qurumlarının mətbuat katibləri və jurnalistlər üçün seminar keçirilib
# 10 iyul 2007 14:49 (UTC +04:00)
Bu gün Azərbaycanda keçirilən “NATO həftəsi” çərçivəsində NATO ilə Fərdi Tərəfdaşlığın Əməliyyat Planı (İPAP) çərçivəsində əlaqəli işləyən dövlət qurumlarının mətbuat katibləri və NATO-Azərbaycan tərəfdaşlığını müntəzəm işıqlandıran jurnalistlər üçün bir günlük seminar keçirilib. APA-nın məlumatına görə, seminar Xarici İşlər Nazirliyi (XİN), NATO və Avro-Atlantik Mərkəz İctimai Birliyi tərəfindən təşkil edilib. Tədbirdə NATO-nun yüksək rəsmiləri, həmçinin, Azərbaycanın NATO ilə əlaqəli işləyən hökumət qurumlarının nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən XİN Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahim Azərbaycan NATO əməkdaşlığı barədə məlumat verib. Sonra NATO-nun genişlənməsi, bu quruma üzvlük istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub. Qeyd edilib ki, yeni tərəfdaşlar hesabına genişlənən NATO Cənubi Qafqaza strateji region kimi yanaşır. NATO-ya üzv olmaq istəyən ölkələrin qarşısına bir sıra şərt qoyulur. Bunun üçün demokratiyanın mövcudluğu, işlək bazar iqtisadiyyatının olması, qonşu dövlətlərlə yaxın və yaxşı əlaqələr, xalqın və siyasi elitanın razılığı, ordu üzərində mülki nəzarətin təmin edilməsi və hərbi strategiyanın NATO standartlarına uyğunlaşdırılması vacibdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR