Bank Of Baku

Ədliyyə naziri Fikrət Məmmədov Belarus Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Ədliyyə naziri Fikrət Məmmədov Belarus Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
# 10 iyul 2007 15:31 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Belarus Konstitusiya Məhkəməsinin sədri Qriqori Vasileviç bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Ölkələrimiz arasında əlaqələrin inkişafı üzrə son dövrdə mühüm addımlar atıldığını bildirən ədliyyə naziri, Azərbaycanda məhkəmə və ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlərdən danışaraq, hüquqi sahədə əməkdaşlıq üçün zəruri müqavilə bazasının mövcudluğunu qeyd edib. Azərbaycanın iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlərə heyran olduğunu vurğulayan Q. Vasileviç məhkəmə-hüquq sistemində mühüm yenilikləri böyük maraqla qarşılayıb, keçirdiyi görüşləri, səmərəli danışıqları qeyd edərək, ölkəmizə səfərdən hədsiz razı qaldığını bildirib. Görüşdə ölkələrin məhkəmə və ədliyyə orqanları arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsi və digər əməkdaşlıq perspektivləri barədə faydalı fikir mübadiləsi aparılıb. Qonaq nazirlikdə Ədliyyə Tarixi Muzeyi ilə tanış olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR