Bank Of Baku

Azərbaycan və ABŞ arasında hərbi-siyasi məsləhətləşmələrin yekunu olaraq birgə bəyanat qəbul edilib

Azərbaycan və ABŞ arasında hərbi-siyasi məsləhətləşmələrin yekunu olaraq birgə bəyanat qəbul edilib
# 10 iyul 2007 16:39 (UTC +04:00)
Bu tarix Vaşinqtonda keçirilən təhlükəsizliyə dair hərbi-siyasi məsləhətləşmələr zamanı müəyyənləşib. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tərəflər məsləhətləşmələrdən sonra birgə bəyanat qəbul ediblər. “Amerika Birləşmiş Ştatları hökuməti ilə Azərbaycan Respublikası hökumətinin 10-cu illik ikitərəfli təhlükəsizlik dialoquna dair birgə bəyanatı” adlanan sənəddə Vaşinqtonda keçirilən məsləhətləşmələrin mövzusu, nümayəndə heyətlərinin tərkibi, çıxarılan nəticələrlə bağlı məsələlər öz əksini tapıb. Qeyd edək ki, ABŞ nümayəndə heyətinə Dövlət Departamenti katibinin siyasi-hərbi məsələlər bürosu üzrə yardımçısının səlahiyyətlərini icra edən Stiven D. Mall və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısının müavini Metyu Brayza, Azərbaycan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Araz Əzimov başçılıq ediblər. Nümayəndə heyətləri təhlükəsizliklə bağlı səlahiyyətə malik yüksək rütbəli nümayəndələrdən ibarət olub. Danışıqlara ABŞ Dövlət Departamentinin bir neçə bürosundan, Müdafiə Departamenti, Daxili Təhlükəsizlik və Xəzinədarlıq Departamentindən nümayəndələr qatılıb. Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndələri təmsil olunublar. Bəyanatda bildirilir ki, ABŞ hökuməti və Azərbaycan hökuməti çoxlu sayda milli təhlükəsizliklə əlaqədar maraqları paylaşır: “Təhlükəsizliyə görə məsuliyyət təkcə hərbi sahənin üzərinə düşmür: uzunmüddətli təhlükəsizliyin təmin olunması üçün demokratikləşdirmə müstəsna əhəmiyyətə malikdir. ABŞ hökuməti Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sədaqətlidir və təhlükəsizlik əməkdaşlığı, enerji əməkdaşlığı, siyasi və iqtisadi islahatlar yolu ilə demokratiyanın inkişaf etdirilməsi kimi üç siyasi prioritet sahəsində irəliləyiş görmək istəyir. Biz, terrorizm əleyhinə əməkdaşlıq, su və sərhəd təhlükəsizliyi proqramları, silahların yayılmasının qarşısının alınması sahəsində narahatlıq, raket hücumundan müdafiə, mühüm enerji infrastruktur müdafiəsi, Azərbaycanın NATO ilə münasibətləri və əlaqədar təhlükəsizlik sektorunda islahatlar, Azərbaycanın GUAM-da hazırkı sədrliyi də daxil olmaqla, geniş sayda milli və regional təhlükəsizlik məsələlərinə dair məsləhətləşmələr apardıq və növbəti addımlar barədə razılaşdıq. İkitərəfli təhlükəsizlik dialoqu nəticəyönümlü forumdur ki, bizim təhlükəsizlik əməkdaşlığımızın gücləndirilməsinə xidmət edir. Biz bu gün müzakirə olunmuş vacib məsələləri davam etdirmək üçün çeşidli icra yollarından istifadə edəcəyik”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR