Bank Of Baku

Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarına uyğun olaraq Sərdar Cəlaloğluna 10 min avro kompensasiya ödəyib

Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarına uyğun olaraq Sərdar Cəlaloğluna 10 min avro kompensasiya ödəyib
# 11 iyul 2007 09:44 (UTC +04:00)
Bu barədə APA-ya S. Cəlaloğlu özü məlumat verib. Onun sözlərinə görə, Avropa Məhkəməsi qərar qəbul edən zaman Azərbaycanın məhkəmə yanındakı nümayəndəsi ondan bank hesabını alıb: “Bir neçə gün əvvəl isə bəlli oldu ki, pul mənim hesabıma köçürülüb”. S. Cəlaloğlu partiya işləri ilə bağlı maliyyə vəsaitinin lazım olduğunu deyərək, hökumətinin ödədiyi kompensasiyanı artıq həmin işlərə xərclədiyini qeyd edib.
Partiya sədri hazırda Avropa Məhkəməsində iki məsələylə bağlı müraciətinin olduğunu da qeyd edib. Bunlardan biri deputat səlahiyyətlərinin tanınmaması, digəri isə 2003-cü ildə qeyri-qanuni həbi ilə əlaqədardır: “İnanıram ki, bu işlərə də baxılacaq və ədalətli qərar çıxarılacaq”.
Qeyd edək ki, Avropa Məhkəməsi S. Cəlaloğlunun 2003-cü il prezident seçkilərindən sonra həbsi zamanı işgəncələrə məruz qalması ilə bağlı iddiasına baxaraq, bu ilin martında qərar qəbul edib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR