Bank Of Baku

Sərdar Cəlaloğlu: “Müxalifətin Məşvərət Məclisinə digər partiyaların daxil olması üfüqdə belə görünmür”

Sərdar Cəlaloğlu: “Müxalifətin Məşvərət Məclisinə digər partiyaların daxil olması üfüqdə belə görünmür”
# 11 iyul 2007 10:14 (UTC +04:00)
Müxalifətin Məşvərət Məclisi ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı müzakirələr apararaq hazırkı vəziyyətdən çıxış yolları ilə bağlı təkliflər paketi hazırlamaq niyyətindədir. Məclisdə təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, sənədin hazırlanması Azərbaycan Sosial-Demokrat Partiyasına həvalə edilib. Növbəti toplantıda layihə müzakirə olunacaq və əlavələrdən sonra qəbul ediləcək. Quruma yeni partiyaların daxil edilməsi ilə bağlı danışıqlara gəldikdə, S. Cəlaloğlu bunun müzakirə olunduğunu, amma bu istiqamətdə müsbət addımın olmadığını qeyd edib: “Hələlik birliyə digər partiyaların daxil olması üfüqdə belə görünmür. Düşünürük ki, “Azadlıq” bloku Məşvərət Məclisinə daxil olsa, məclisin formalaşması işi tamamlanar. Amma təəssüf ki, blok hələ də bu məsələyə ehtiyatla yanaşır. Amma son vaxtlar həmin blokun nümayəndələri də güclərin bir yerdə olması arzusunu ifadə edirlər ki, bu da yaxşı tendensiyadır. Hesab edirəm ki, bu işi yubatmaq olmaz və əsas müxalifət qüvvələri bir araya gəlib ümumi məsələlərdə vahid mövqe nümayiş etdirməyi bacarmalıdır. Bu birlik həm beynəlxalq təşkilatların manipulyasiyasına imkan verməz, həm müxalifətdə fikir ayrılıqlarının qarşısı alınar, həm də milli problemlərlə bağlı ümumi qərarlar qəbul edə bilərik. Amma dağınıq şəkildə, eyni məsələyə müxtəlif münasibətin bildirilməsi çaşqınlıq yaradır və rəqiblərimiz bundan asanlıqla istifadə edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR