Bank Of Baku

Qənirə Paşayeva Gürcüstana səfər edib

Qənirə Paşayeva Gürcüstana səfər edib
# 11 iyul 2007 11:13 (UTC +04:00)
Gürcüstanda səfərdə olan millət vəkili Qənirə Paşayeva azərbaycanlıların kompakt şəkildə yaşadığı Dmanisi rayonunda yerli əhali ilə görüşəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş Yırğançay kəndində baş tutacaq. Qənirə Paşayevanın Gürcüstana səfərində məqsəd azərbaycanlıların problemləri ilə tanış olmaq və problemlərdən çıxış yollarını yerli əhali ilə müzakirə etməkdir. Qənirə Paşayevanın Dmanisi rayon rəhbərliyi ilə görüşü də nəzərdə tutulub. Görüşdə Tovuz və Dmanisi rayonlarının qardaşlaşması ilə əlaqədar qarşılıqlı anlaşma sənədi imzalanacaq. Sabah isə Dmanisi rayonunun 30 ziyalısı Tovuza gələcək. Ziyalıların yerli əhali ilə görüşü, yerli telekanalda çıxışı nəzərdə tutulub. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR