Bank Of Baku

Arif Hacılı: “Müxalifətin Məşvərət Məclisi adlı hər hansı siyasi qurum mövcud deyil”

Arif Hacılı: “Müxalifətin Məşvərət Məclisi adlı hər hansı siyasi qurum mövcud deyil”
# 11 iyul 2007 11:59 (UTC +04:00)
“Müxalifətin Məşvərət Məclisi ilə bağlı məsələlər süni sürətdə şişirdilir. Əslində, bu adda hər hansı siyasi qurum mövcud deyil”. Bu açıqlamanı APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, Məşvərət Məclisi kimi təqdim olunan formatda toplaşan partiyalar sadəcə müəyyən məsləhətləşmələr aparırlar. O, həmin formatla bərabər digər formatda da danışıqların aparılacağını istisna etməyib: “Bu məsləhətləşmələr hələ xeyli müddət davam edəcək və nəticə etibarı ilə hər hansı bir qurum yarana bilər. İndiki məqamda isə hərə öz fikrini bildirir. Yaxın gələcəkdə yeni qurumun yaranması ehtimalı aşağıdır”. Bu müzakirələrin hər hansı ziyanının olmadığını deyən A. Hacılı hesab edir ki, bu, inteqrasiya istiqamətində proseslərə səbəb ola bilər. O, hazırkı müzakirələrdə iştirak edən partiyaların 2008-ci il prezident seçkilərində koalisiya yaradacaqlarını da güman etmir: “Hər hansı koalisiya olacaqsa, bu, daha geniş formatda olacaq. Həmin koalisiyada hazırkı müzakirələrdə iştirak edən partiyaların hamısı, bəziləri və kənar partiyalar da iştirak edə bilər”. A. Hacılı ayrı-ayrı siyasi mövqeyi olan partiyaların bir qurumda birləşməsinin problem yaratmayacağını da qeyd edib: “Çünki mövqelərin özündə bir problem yoxdur. Plüralizm var və hər kəs öz fikrini bildirir. Siyasi partiyaların inteqrasiyasını öz mənafelərinə uyğun variantlarını irəli sürür və bu məsələyə normal yanaşmaq lazımdır”. Qeyd edək ki, Müxalifətin Məşvərət Məclisində Müsavat, ADP, ASDP, AMİP, Tərəqqi partiyaları və Azərbaycan Naminə İctimai Forum təmsil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR