Bank Of Baku

Demokratiya Uğrunda İttifaq digər partiyalarla danışıqları müvəqqəti dayandırıb

Demokratiya Uğrunda İttifaq digər partiyalarla danışıqları müvəqqəti dayandırıb
# 11 iyul 2007 12:19 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqa (DUİ) yeni partiyaların daxil olması ilə bağlı aparılan danışıqlar müvəqqəti olaraq saxlanılıb. DUİ-yə üzv olan Kllassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun APA-ya verdiyi məlumata görə, qısa fasilədən sonra bu məsələylə bağlı danışıqlar bərpa olunacaq. Bəzi partiyaların ittifaqda təmsilçilik fikrində olduğunu bildirən M. Mirəlioğlu hələlik DUİ-də bu barədə konkret qərarın qəbul edilmədiyini vurğulayıb. Danışıqlar aparılan partiyaların adlarını hələlik mətbuata açıqlamağa ehtiyac görməyən partiya sədri bunu yekun qərarın olmaması ilə əlaqələndirib: “Yekun qərar olan zaman ittifaqa qouşlmaqla bağlı saziş imzalanacaq və o zaman bütün mətbuatın bundan xəbəri olacaq”. DUİ-nin prezident seçkilərində iştirakı ilə bağlı məsələyə gəldikdə, M. Mirəlioğlu bü barədə müzakirələrin seçkilərə start veriləndə başlayacağını qeyd edib: “İttifaqın seçkilərdə iştirakı müzakirələrdən asılı olacaq. Amma biz istənilən halda bu və ya digər formada seçkidə öz namizədimizin olmasını istəyirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR