Bank Of Baku

“Yeni Siyasət” bloku fəaliyyətini payızda bərpa edəcək

“Yeni Siyasət” bloku fəaliyyətini payızda bərpa edəcək
# 11 iyul 2007 12:47 (UTC +04:00)
“Yeni Siyasət” blolku 2008-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ilin payızından öz fəaliyyətini bərpa edəcək. “YeS”-in Koordinasiya Şurasının üzvü, Azərbaycan Ziyalı Hərəkatının (AZH) sədri Eldəniz Quliyev məlumat verib. Onun sözlərinə görə, bir ildən artıqdır blokun rəhbərliyi toplantılar keçirə bilmir və buna görə də atılacaq addımlar hələlik müəyyənləşməyib. Şura üzvlərinin bir araya gələ bilməməsini bu ilin seçkilər keçirilməməsi ilə əlaqələndirən E. Quliyev buna görə də toplantılara ehtiyac olmadığını vurğulayıb: “Biz seçki blokunun digər siyasi qurumla əvəzlənməsi üçün cəhd göstərsək də, buna nail ola bilmədik. İndi də fikrimiz ondan ibarətdir ki, blok öz formatını və missiyasını dəyişsin”. E. Quliyevin sözlərinə görə, “YeS” növbəti prezident seçkilərində öz namizədi ilə iştirak edəcək: “Payızdan biz aktiv fəaliyyətə başlayacağıq və seçkilərdə iştirak edəcək namizədimizi müəyyənləşdirəcəyik”. E. Quliyev hazırda “YeS”-də Eldar Namazov, Yaqub Məmmədov, Əli Məsimov, Vahid Əhmədov, Rəhim Hüseynov, Rəşid Hacılı və özünün təmsil olunduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR