Bank Of Baku

ADP Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konsepsiyasını gələn həftə müvafiq qurumlara təqdim edəcək

ADP Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konsepsiyasını gələn həftə müvafiq qurumlara təqdim edəcək
# 11 iyul 2007 12:50 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hazırladığı konsepsiyanı bu həftənin sonuna kimi yekunlaşdıracaq və gələn həftə müvafiq qurumlara təqdim edəcək. Bu barədə APA-ya partiyanın sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, konsepsiya partiya Ali Məclisinin iclasında qəbul olunmuş rəsmi sənəd olduğuna görə hakimiyyət qurumlarının bu təkliflərə ciddi yanaşmasına ehtiyac var: “Qarabağ problemi ilə bağlı ortaya yüzlərlə təkliflər çıxıb. Ona görə də biz sənəd üzərində maksimum diqqətlə işləyirik ki, kifayət qədər ciddi bir layihə olsun. Biz bu təklif çoxluğunda ortaya ciddi bir sənəd qoymaq istəyirik. Biz sənəddə qarşılıqlı güzəştlər yox, hər iki tərəfin qələbəsi modelini irəli sürürük. Təklif edirik ki, tərəflər bu münaqişədə maksimum nəysə udaraq çıxsın, yəni hansısa tərəf çox udub, hansısa tərəf az udmasın. Bir sözlə, bu, yeni bir təkliflər paketidir. Düşünmürük ki, bu, bütün təkliflərdən daha yaxşıdır və dərhal qəbul olunandır. Hər halda, bu, beynəlxalq hüquqa, ədalət prinsipinə, bölgədə əbədi sülhə, qarşılıqlı əməkdaşlığa və təhlükəsizliyə gətirib çıxaracaq bir konsepsiyadır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR