Bank Of Baku

Gəncə Avroatlantika Mərkəzin açılış mərasimi keçirilib

Gəncə Avroatlantika Mərkəzin açılış mərasimi keçirilib
# 11 iyul 2007 14:29 (UTC +04:00)
Gəncə Avroatlantika Mərkəzin təntənəli açılış mərasimi ı keçirilib. Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfirinin müavini Donald Lu, Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Kamil Xasıyev, Gəncə şəhər icra hakimiyyəti başçısının müavinləri Rövşən Sadıxov və Akif Ələkbərov, şəhərin idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Rövşən Sadıxov Azərbaycanda 2002-ci ildən bəri ənənəvi olaraq NATO günlərinin keçirildiyini bildirib və ötən il bu tədbirlər çərçivəsində Bakıda Avroatlantika Mərkəzinin yaradıldığını qeyd edib. O, ötən bir il ərzində Avroatlantika Mərkəzin özünün əhəmiyyətini faktiki olaraq sübut etdiyini qeyd edib. Tədbirdə çıxış edən Azərbaycanın NATO yanındakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyev bildirib ki, Gəncə Avroatlantika Mərkəzi şəhər sakinlərinin qlobal təhlükəsizlik məsələləri, Avroatlantika təhlükəsizlik strukturları, xüsusilə NATO haqqında biliklərinin artırmağa imkan verəcək. Daha sonra Tədbir iştirakçıları Gəncə Avroatlantika Mərkəzi ilə yaxından tanış olublar. Qeyd edək ki, Gəncə Avroatlantika Mərkəzi şəhər mərkəzi kitabxanasının nəzdində açılıb. Burada Avroatlantika Məlumat Mərkəzi, Regional Kitabxana Məlumat Mərkəzi, İnternet İnformasiya Məlumat Mərkəzi və Biznes Resursları İnformasiya Bazası kimi bölmələr fəaliyyət göstərir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR