Bank Of Baku

ABŞ səfirinin müavini Donald Lu: “Ümidvaram ki, Azərbaycanda Avroatlantika Mərkəzlərinin sayı çox olacaq”

ABŞ səfirinin müavini Donald Lu: “Ümidvaram ki, Azərbaycanda Avroatlantika Mərkəzlərinin sayı çox olacaq”
# 11 iyul 2007 14:48 (UTC +04:00)
“Gəncədə Avroatlantika Mərkəzinin açılmasının səbəbi bu şəhərin Azərbaycanın ürəyi sayılmasıdır”. APA-nın Qərb bürosunun məlumatına görə, bu açıqlamanı jurnalistlərə Gəncədə səfərdə olan ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfirinin müavini Donald Lu verib. O, Gəncədə NATO və dünya haqqında məlumatlara böyük tələbat olduğunu deyib: “Bu baxımdan Gəncədə belə bir mərkəzin yaradılması vacib idi. Bu mərkəzdə qurulan kompüterlər vasitəsi ilə gənclər dünya və NATO haqda geniş məlumat ala bilərlər. Avropanın bir çox ölkələrində belə mərkəzlər var, ümidvaram ki, Azərbaycanda da belə mərkəzlərin sayı çox olacaq”. Donald Lu Gəncə şəhər icra hakimiyyəti başçısı Eldar Əzizovla görüş zamanı demokratiya və iqtisadi məsələlər barədə söhbət etdiyini bildirib. O, həmçinin Gəncədə fəaliyyət göstərən QHT və partiyaların nümayəndələri ilə görüşməyi və şəhərlə yaxından tanış olmaq istədiyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR