Bank Of Baku

Yeni Zaman Partiyasının təsis qurultayı iyulun 15-də keçiriləcək

Yeni Zaman Partiyasının təsis qurultayı iyulun 15-də keçiriləcək
# 11 iyul 2007 14:59 (UTC +04:00)
Yeni Zaman Partiyasının (YZP) təsis qurultayı iyulun 15-də keçiriləcək. Partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Musa Ağayevin APA-ya verdiyi məlumata görə, qurultay keçirmək üçün müvafiq zal tapa biliblər. Zalın kifayət qədər kiçik olduğunu deyən M. Ağayev buna görə də qurultay nümayəndələrinin sayının 300 nəfərdən 100 nəfərə qədər azaldılacağını bildirib. O, hələlik qurultay keçiriləcək yerin açıqlanmasının məqsədəuyğun olmadığını vurğulayıb: “Çünki qurultayın keçirilməsinə mane olmağa çalışırlar və buna görə də həmin ünvan qurultay günü açıqlanacaq”. M. Ağayev qurultaya qonaqların çağırılmayacağını da qeyd edib. O, toplantıda partiya sədrinin, İdarə Heyətinin və Mərkəzi Şurasının seçiləcəyini, ictimai-siyasi vəziyyətlə bağlı müzakirələrin aparılacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR