Bank Of Baku

Əskişəhərdə “Türkiyə-Azərbaycan qardaşlıq parkı” açılıb

Əskişəhərdə “Türkiyə-Azərbaycan qardaşlıq parkı” açılıb
# 11 iyul 2007 15:21 (UTC +04:00)
Dünən Türkiyənin Əskişəhər şəhərində Odun Pazarı bələdiyyəsinin ərazisində “Türkiyə-Azərbaycan qardaşlıq parkı” açılıb. Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aranın APA-ya verdiyi məlumata görə, həmin gün Əskişəhərdə 4 park açılıb. Baş konsul bu açılışlarda iştirak edib. “Türkiyə-Azərbaycan qardaşlıq parkı”nın açılışında bələdiyyə başqanı Gürhan Sakallı, Belçikanın türk əsilli millət vəkili Cemal Çavdar, Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü Murad Ercan və digər şəxslər iştirak edib. Hazırda Türkiyədə yaşayan “Aşıq Pəri” məclisinin üzvü olmuş Aşıq Şərqiyyə Azərbaycan və türk mahnıları ifa edib. Diplomatın sözlərinə görə, bu park İstanbul, İzmir və Bursa kimi böyük şəhərlərdən sonra Azərbaycanın adını daşıyan yeni bir parkdır: “Parkın geniş ərazisi və gözəl mənzərəsi var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR