Bank Of Baku

“RTR-Planeta”nın Azərbaycanda, AzTV-nin isə Rusiyada yayımı ilə bağlı növbəti danışıqlar iyulun üçüncü ongünlüyündə Bakıda keçiriləcək

“RTR-Planeta”nın Azərbaycanda, AzTV-nin isə Rusiyada yayımı ilə bağlı növbəti danışıqlar iyulun üçüncü ongünlüyündə Bakıda keçiriləcək
# 11 iyul 2007 15:46 (UTC +04:00)
APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumatına görə, Rusiya təklif edib ki, iyulun 3-cü dekadasında Bakıda idarələrarası işçi qrupun növbəti iclası keçirilsin. Həmin iclasda “RTR-Planeta” telekanalının Azərbaycan ərazisində, AzTV-nin isə Rusiya ərazisində yayımı ilə bağlı müqavilənin layihəsi müzakirə olunacaq. Təqdim olunan sənəddə AzTV-nin Rusiyanın hansı regionunda yayımlanacağı göstərilməyib, bu məsələ texniki mütəxəssislərin seçiminə buraxılıb. Rusiyalı ekspertlər hesab edirlər ki, AzTV-nin verilişləri azərbaycanlıların kompakt yaşadığı - Moskva, Moskva ətrafı və Rusiyanın cənubunda yayımlana bilər. Rusiyanın təklif etdiyi sənəd Azərbaycan tərəfindən hazırlanıb təqdim olunmuş layihə əsasında hazırlanıb.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə Rusiyanın ORT kanalının Azərbaycanda yayımı iyulun 11-i, saat 00.00-dan dayandırılıb. MTRŞ-nın digər qərarı ilə isə “RTR-Planeta” Azərbaycanda yayımını daha bir ay müddətində davam etdirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR