Bank Of Baku

Araz Əzimov: “ABŞ və Rusiya Qəbələ RLS-lə bağlı danışıqlarda rəsmi Bakının maraqlarının nəzərə alır”

Araz Əzimov: “ABŞ və Rusiya Qəbələ RLS-lə bağlı danışıqlarda rəsmi Bakının maraqlarının nəzərə alır”
# 12 iyul 2007 09:23 (UTC +04:00)
XİN rəsmisi adı çəkilən mərkəzdə “Azərbaycanın təhlükəsizlik gündəliyi” mövzusunda məruzə ilə çıxış edib. Nazir müavini Qəbələ radiolokasiya stansiyası ilə bağlı Rusiya və ABŞ arasında danışıqlarının hələ heç bir nəticə vermədiyini, lakin istənilən halda bu məsələdə həmin obyektin sahibi olan rəsmi Bakının maraqlarının nəzərə alındığını söyləyib. Araz Əzimov bu əməkdaşlığın heç bir dövlətə qarşı yönəlmədiyini və İranın da maraqlarına zidd olmadığını bildirib. O, Azərbaycanın Rusiya ilə də hərbi sahədə əməkdaşlıq etdiyini deyərək ölkəsinin şimal qonşusundan tanklar əvəzinə tankerlər istədiyini söyləyib. Nazir müavini təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda hər hansı bir dövlətin hərbi hissələrinin yerləşdirməsinə etiraz etdiklərini vurğulayıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR