GUAM-ın 10 illiyi Bakıda qeyd olunacaq
12 iyul 2007 10:00 (UTC +04:00)
Qeyd edək ki, GUAM məhz 1997-ci il oktyabrın 10-da Avropa Şurasının Strasburqda keçirilən sammiti çərçivəsində təsis olunub. Həmin vaxt Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın başçıları birgə Kommunike qəbul ediblər. Sənəddə Avropada stabillik və təhlükəsizliyi möhkəmləndirmək üçün suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, qanunun aliliyi və insan haqları prinsiplərinə hörmət əsasında dördtərəfli əməkdaşlığın vacibliyi vurğulanıb. Dörd ölkənin adının ilk hərflərindən GUAM abreviaturası yaranıb. Sonrada Özbəkistanın quruma qoşulması ilə təşkilatın adı GUÖAM olub. Lakin Özbəkistan bir müddət sonra təşkilatın sıralarını tərk edib. 2006-cı il mayın 23-də Kiyevdə keçirilən sammitdə isə GUAM ölkələrinin başçıları rəsmi olaraq Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilatın - GUAM-ın yaradıldığı elan edib, təşkilatın Nizamnaməsini imzalayıblar. /APA/
Daxili siyasət
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib
18:41
11 sentyabr 2024
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib
16:10
11 sentyabr 2024
Hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək
15:32
7 sentyabr 2024
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
08:03
1 sentyabr 2024