Bank Of Baku

Rusiya və Azərbaycan telekanallarının qarşılıqlı yayımına dair işçi qrupların görüşünün tarixi barədə rəsmi razılaşma yoxdur

Rusiya və Azərbaycan telekanallarının qarşılıqlı yayımına dair işçi qrupların görüşünün tarixi barədə rəsmi razılaşma yoxdur
# 12 iyul 2007 10:26 (UTC +04:00)
“RTR-Planeta” kanalının Azərbaycanda, AzTV telekanalının isə Rusiyada yayımlanması barədə müqavilə layihəsini müzakirə edəcək işçi qrupların növbəti toplantısının Bakıda keçirilməsi barədə rəsmi razılıq əldə olunmayıb. Azərbaycanın işçi qrupunun təmsilçilərindən biri, Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev APA-ya açıqlamasında bildirib ki, onlar Rusiyanın danışıqların iyulun üçüncü ongünlüyündə Bakıda keçirilməsi barədə təklif irəli sürməsi haqda məlumatı mətbuatda oxuyublar: “İşçi qrupların iyunun 8-də Moskvada keçirilən görüşündə hər iki ölkənin layihələri əsasında yekun layihə hazırlanıb. Həmin layihədə bir neçə xırda detalı razılaşdırmaq lazım idi. Həmin məsələlərlə bağlı Azərbaycan və Rusiya fərqli variant təklif etmişdilər. Biz işçi qrupların növbəti müzakirəsindən sonra layihənin hökumətlərə təqdim olunması barədə razılıq əldə etmişdik. Görünür, hökumət rəsmilərinin iş proqramları gərgin olduğundan müzakirələr aparılmadı. İndi isə Rusiya mətbuatında işçi qrupların görüşünün iyulun üçüncü ongünlüyünə keçiriləcəyi təklifi barədə məlumatlar yer alıb. Amma bizə bu barədə hələ məlumat verilməyib”. Azərbaycan tərəfinin müzakirələrə hazır olduğunu deyən Qafar Cəbiyev vurğulayıb ki, Bakı Rusiya kanallarından birinin Azərbaycanda, AzTV kanalının isə Rusiya ərazisində paritet əsaslarla yayımını prinsipial məqam sayır: “İşçi qrupların görüşündə Rusiya tərəfi bununla tam razılaşıb. Layihədə bu məqam öz əksini tapıb. Biz yenə öz fikrimizdə qalırıq. Milli Televiziya və Radio Şurası RTR telekanalının yayımını davam etdirməsinə bir ay vaxt verib. Bu, ciddi siqnaldır. Biz münasibətlərin normal səviyyədə davam etməsində, inciklik yaranmamasında maraqlıyıq. Sadəcə, güzəştlər, münasibətlər, yaradılan şərait birtərəfli yox, adekvat olmalıdır”. Xatırladaq ki, MTRŞ-nin qərarı ilə Rusiyanın ORT kanalının Azərbaycanda yayımı iyulun 11-də saat 00.00-dan etibarən dayandırılıb, “RTR-Planeta”nın Azərbaycanda yayımının vaxtı isə bir ay uzadılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR