Bank Of Baku

ASDP ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı təkliflər paketi hazırlayır

ASDP ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı təkliflər paketi hazırlayır
# 12 iyul 2007 11:07 (UTC +04:00)
Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı təkliflər paketi hazırlayır. Bu barədə APA-ya partiyanın həmsədri Araz Əlizadə məlumat verib. Onun sözlərinə görə, hazırlanan sənəd Müxalifətin Məşvərət Məclisinin növbəti iclasında müzakirə olunacaq. Layihədə qeyd olunan məqamlarla bağlı hələlik mətbuata açıqlama vermək fikrində olmadığını deyən A. Əlizadə sənədin qurumda qəbul edildikdən sonra açıqlanacağını qeyd edib: “Biz hesab edirik ki, korrupsiyanın qarşısının alınması və hökumətin əhalini düşünməsi bütün problemləri həll edər”. Məşvərət Məclisinin növbəti iclası isə iyulun 20-dən sonraya təyin olunub. Toplantı AMİP tərəfindən təşkil ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR