Bank Of Baku

Ana Vətən Partiyası yerləşdiyi binadan çıxarılmayacaq

Ana Vətən Partiyası yerləşdiyi binadan çıxarılmayacaq
# 12 iyul 2007 11:30 (UTC +04:00)
Ana Vətən Partiyası (AVP) yerləşdiyi binanı tərk etməyəcək. Bu barədə APA-ya məlumat verən AVP-nın sədr müavini, millət vəkili Zahid Oruc artıq yaranmış problemin həll edildiyini deyib. Deputat bildirib ki, partiyanın fəaliyyət göstərdiyi bina Layihə İnstitutuna məxsusdur. Onun sözlərinə görə, vaxtı ilə həmin bina müxtəlif təşkilatlara icarəyə verilib: “İndi icarə forması dəyişdiyinə görə, bəzi təşkilatlar binadan çıxır. Ana Vətən Partiyasının qərargahı isə həmin binanın birinci mərtəbəsində yerləşəcək. Biz məsələnin siyasiləşdirilməsinin əleyhinəyik. Adımızın mübahisəli şəkildə hallandırıldığı bütün ünvanlarla münasibətlərimiz yüksək səviyyədədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR