Bank Of Baku

Demokratiya Uğrunda İttifaqa daxil partiyaların rayon təşkilatlarının birgə toplantıları keçirilir

Demokratiya Uğrunda İttifaqa daxil partiyaların rayon təşkilatlarının birgə toplantıları keçirilir
# 12 iyul 2007 11:34 (UTC +04:00)
Üç müxalifət partiyasını birləşdirən Demokratiya Uğrunda İttifaq (DUİ) rayon təşkilatlarının birgə toplantıları keçirilir. İttifaqın üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında bildirib ki, quruma üzv partiyaların yerli təşkilatları bir müddətdir ki, birgə müşavirələr keçirir və birgə atılacaq addımları müzakirə edirlər. Partiya sədri rayon təşkilatları səviyyəsində keçirilən toplantıların sonrakı mərhələdə zona müşavirələri səviyyəsində davam etdiriləcəyini qeyd edib. M. Mirəlioğlu bu toplantıların 2008-ci il prezident seçkilərinə hazırlıq kimi dəyərləndirib. Onun sözlərinə görə, ittifaq növbəti prezident seçkilərində iştirak etmək fikrindədir. Amma hələlik bu iştirakın hansı formada olacağı müəyyənləşməyib: “Bu, seçki prosesi başlayandan sonra müəyyən olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR