Bank Of Baku

Mahaçqalada Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyasının 13-cü iclası davam edir - YENİLƏNİB

Mahaçqalada Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyasının 13-cü iclası davam edir - <font color=#FF0000>YENİLƏNİB</font>
# 12 iyul 2007 12:02 (UTC +04:00)
Azərbaycan nümayəndə heyətinə komissiyanın üzvləri - Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinin sədri Qərib Məmmədov, daxili işlər nazirinin müavini Oruc Zalov, Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini Eyvaz Cəfərov və digər şəxslər daxildir. Komissiya sərhədin 1, 11 və 12 saylı sahələri üzrə danışıqlar aparır. Bu, Samur körpüsü, Azərbaycan, Rusiya və Gürcüstan sərhədlərinin kəsişdiyi yer və Xaçmazdakı meşə massividir. Komissiya üzvləri həmçinin Azərbaycan-Rusiya dövlət sərhədinin delimitasiyası üzrə yekun sənədlərin hazırlanması ilə bağlı texniki tələblərə dair layihəni də müzakirə edirlər. İclasın jurnalistlərin iştirakı ilə keçirilən hissəsində Xələf Xələfov deyib ki, Azərbaycan-Rusiya münasibətləri siyasi dialoqun yüksək səviyyəsi ilə xarakterizə olunur, dövlətlərarası əlaqələri müxtəlif sahələrdə inkişaf edir və bütün bunlar strateji tərəfdaşlığa əsaslanır: “Bu gün Azərbaycanla Rusiya arasında nə siyasi, nə də iqtisadi səviyyədə heç bir fikir ayrılığı yoxdur. Ölkələrimiz arasında məsələlər konstruktiv, qarşılıqlı maraq, anlam və hörmət əsasında həll olunur. Əminəm ki, dövlət sərhədinin delimitasiyası ilə bağlı məsələlər də bizim ölkələr və xalqlar arasında mövcud olan tərəfdaşlıq ruhunda həll olunacaq”. X. Xələfov qeyd edib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollara çatıb və bu rəqəm artmaqda davam edir. Sərhədin 92 faizinin razılaşdırıldığını deyən nazir yerdə qalan 3 yarımsahə üzrə mövqelərdə yaxınlaşma olduğunu söyləyib: “Ümidvaram ki, qarşılıqlı təşəbbüslər nəticəsində sərhədin həmin hissələri də razılaşdırılacaq”. Dağıstanın milli siyasət, informasiya və xarici əlaqələr nazirliyi informasiya idarəsinin məsul işçisi Uma Umarova APA-nın Dağıstan bürosuna bildirib ki, müzakirələr davam etdiyinə görə açıqlama vermək tezdir. Qeyd edək ki, bu ilin martında komissiyanın Bakıda keçirilmiş son görüşündə tərəflər razılaşmaya yaxın olsalar da, yekunda problemin həlli növbəti iclasa qalıb. Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyasının 13-cü iclası sabah başa çatacaq. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR