Bank Of Baku

Robert Köçəryan: “Azərbaycanla müharibə ehtimalı həmişə var”

Robert Köçəryan: “Azərbaycanla müharibə ehtimalı həmişə var”
# 12 iyul 2007 13:20 (UTC +04:00)
APA-nın məlumatına görə, Ermənistan prezidenti Robert Köçaryan bu fikirləri Almaniyanın “Şpigel” jurnalının internet versiyasına müsahibəsində söyləyib. Köçəryan Kosovo və Dağlıq Qarabağ münaqişələri arasında paralel apararaq “Dağlıq Qarabağ xalqı”nın da müstəqillik qazanmağa layiq olduğunu bildirib. Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda Azərbaycana qarşı müharibədə iştirak etməsinə dair sualı cavablandıran Köçəryan bunu təsdiqləyib: “Hesab edirsiniz ki, Albaniya Kosovo albanlarının müstəqillik mübarizəsinə yardım göstərməyib? Ermənistanla Dağlıq Qarabağ arasında bir çox qarşlılıqlı əlaqələr mövcuddur mən iki ölkənin gələcəyini assimmetrik konfederasiya şəklində görürəm”. Robert Köçəryan Azərbaycanla yeni müharibənin başlayacağını istisna etməyib: “Azərbaycanla müharibənin yenidən başlaması ehtimalı həmişə var. Həm də qüvvələr nisbətini təkcə rəqəmlərə əsasən müqayisə etmək düzgün deyil. Digər tərəfdən yaddan çıxarmaq olmaz ki, öz vətənini müdafiə edən əsgər işğalçıdan daha güclüdür. Biz hərbi əməliyyatlara başlamağı planlaşdırmırıq. Lakin işğal faktoru ilə üzləşəriksə, hərbi vəziyyətə və bizim təhlükəsizliyimizə uyğun qərar qəbul edəcəyik”. Robert Köçəryan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün qondarma “DQR”in müstəqilliyinin tanınması və təhlükəsizlik qarantiyası şərtlərinin irəli sürdüklərini deyib: “Biz münaqişə zonasında sülhməramlı qüvvələrin fəaliyyətini istisna etmirik. Bu, beynəlxalq sülhməramlı qüvvələr olmalıdır”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR