Bank Of Baku

İlqar Qasımov Gürcüstana səfər edib

İlqar Qasımov Gürcüstana səfər edib
# 12 iyul 2007 14:06 (UTC +04:00)
Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) sədri İlqar Qasımov Gürcüstana səfər edib. Hərəkatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfər Gürcüstanın Leyborist-Fəhlə Partiyasının dəvəti ilə reallaşıb. Səfər çərçivəsində i. Qasımov bu gün Leyborist-Fəhlə Partiyasının sədri Şalva Natalaşvili və digər müxalifət partiyalarının rəhbərləri ilə görüş keçirib. Görüş zamanı Ş. Natalaşvili GUAM-a üzv ölkələrin müxalif siyasi hərəkatların və partiyaların Koordinasiya Şurasının formatında birləşməsini mühüm hadisə hesab edib. Tərəflər GUAM-a üzv ölkələrin məruz qaldığı münaqişələrlə bağlı eyni gündə və saatda dörd ölkədə sentyabrın 22-də həmrəylik mitinqinin keçirməsi məsələsini müzakirə ediblər. Gürcüstanın digər müxalifət partiyalarının da bu aksiyada iştirakı barədə razılıq əldə edilib. Görüşdə həmçinin Gürcüstanda yaşayan soydaşlarımızın hüquqlarının qorunması məsələsi də müzakirə predmeti olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR