Bank Of Baku

Rusiya Federal Miqrasiya Xidmətinin MDB ölkələrində nümayəndəlikləri açılacaq

Rusiya Federal Miqrasiya Xidmətinin MDB ölkələrində nümayəndəlikləri açılacaq
# 12 iyul 2007 14:19 (UTC +04:00)
FMX mətbuat katibinin müavini Denis Soldatikov APA-ya eksklüziv açıqlamasında bildirib ki, bu ilin sonuna kimi Qazaxıstan, Özbəkistan, Ukrayna və Moldovada ilk nümayəndəliklər açılacaq. “Nümayəndəliklərin açılmasında məqsəd Rusiyaya gələn miqrantlara yerlərdə məsləhətlər vermək, lazım olan sənədlərin toplamasında onlara köməklik etməkdir”, - deyən D. Soldatikov bildirib ki, miqrantlar Rusiyaya hüquqi tərəfdən hazır gəlməlidirlər. Nümayəndəliklərin səfirliklər yanında, yoxsa müstəqil şəkildə fəaliyyət göstərəcəklərinə dair sualı cavablandıran D. Soldatikovun sözlərinə görə, nümayəndəliklər öz fəaliyyətlərində müstəqildirlər: “Bəzi yerlərdə nümayəndəliklər ayrıca binada, digər yerlərdə səfirlik və yaxud da baş konsulluqların binalarında yerləşə bilər”. İlk nümayəndəliyin yaxın vaxtlarda Qazaxıstanda açılacağını deyən D. Soldatikov FMx-ın nümayəndəliyinin Azərbaycanda yaxın zamanlarda açılmasının gözlənilmədiyini söyləyib. Bu seçimin hansı prinsip əsasında aparılmasına dair suala isə o belə cavab verib: “Bu seçim yalnız ölkələr arasında aparılan danışıqlar prinsipi əsasında edilir. Bəzi yerlərdə bu danışıqlar rahat, digər yerlərdə çətin gedir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR