Bank Of Baku

AMİP-in yaranmasının 15 illik yubileyi ilə bağlı tədbir keçirilib

AMİP-in yaranmasının 15 illik yubileyi ilə bağlı tədbir keçirilib
# 12 iyul 2007 14:44 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) yaranmasının 15 illik yubileyi ilə bağlı bu gün partiyanın Yasamal rayon təşkilatında təntənəli tədbir keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, AMİP-in ilk rayon təşkilatlarından olan Yasamal RT-nin rəhbərliyi və üzvləri ilə yanaşı, partiyanın digər rayon təşkilatlarının təmsilçiləri və AMİP rəhbərliyi də tədbirə qatılıb. RT-nin sədri Alim Babayev AMİP-in Azərbaycanın ictimai-siyasi həyatında oynadığı roldan danışıb, partiyanın keçən illər ərzində göstərdiyi fəaliyyətini yüksək qiymətləndirib. Tədbir iştirakçıları qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün RT-nin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər. Tədbirdə AMİP Siyasi Şurasının üzvləri, partiya katibləri çıxış edib. Mətbuat xidməti AMİP-in yubileyi ilə bağlı respublika səviyyəsində tədbirlərin davam etdiriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR