Bank Of Baku

Demokratiya Uğrunda İttifaq bəzi partiyaları beynəlxalq təşkilatlardan asılı vəziyyətə düşməkdə ittiham edib

Demokratiya Uğrunda İttifaq bəzi partiyaları beynəlxalq təşkilatlardan asılı vəziyyətə düşməkdə ittiham edib
# 12 iyul 2007 15:11 (UTC +04:00)
“Demokratiya Uğrunda İttifaq yarandıqdan və fəaliyyətə başladıqdan sonra indiyə qədər özlərini “əsas, aparıcı müxalifət partiyaları” adlandıraraq həm mövcud iqtidarla, həm də Azərbaycanın siyasi və ictimai aktiv təbəqəsinin böyük kəsimini idarə edən beynəlxalq donor təşkilatlarla alver etmiş Müsavat, AXCP, ADP və digər bu qisim partiyalar ciddi narahatlıq keçirməyə başlayıb”. Bu fikirlər Demokratiya Uğrunda İttifaqın (DUİ) bu gün yaydığı bəyanatdandır. İttifaqın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda hakimiyyətin və Qərb dövlətlərinin antimilli siyasətinə qarşı çıxa bilməyən, oyunlarda iştirak etdiyi və xalqı aldatdığına görə cəmiyyət tərəfindən düzgün qiymət almış təşkilatların liderləri və onlara yaxın mətbuat orqanları DUİ-ni gözdən salmaq, fəaliyyətinə qara yaxmaqla məşğuldur: “Bu partiyaların rəhbərliyinə daxil olan və Qərbin ayırdığı qrantlardan asılı olan funksionerlərin Dağlıq Qarabağ məsələsində açıq şəkildə təslimçilik siyasətini dəstəkləmələri faktdır. Bu tip partiyalarda əxlaqi, mənəvi, milli dəyərlərə hansı münasibətin olduğu, bu partiya liderləri arasında hansı münasibətlərin mövcudluğu ADP-nin timsalında tam çılpaqlığı ilə üzə çıxdı”. Bəyanatda DUİ bundan sonra da bütün fəaliyyətlərində milli maraqlar və demokratik prinsiplər müstəvisindən çıxış edəcəyini bəyan edib, yolunu azmış, asılı vəziyyətə düşmüş partiyaları tövbə etməyə, milli maraqlar uğrunda mübarizəyə qoşmağa çalışacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR