Bank Of Baku

Tatarıstanın Bakıdakı daimi nümayəndəsi Azərbaycanın iş adamlarını əməkdaşlığa dəvət edir

Tatarıstanın Bakıdakı daimi nümayəndəsi Azərbaycanın iş adamlarını əməkdaşlığa dəvət edir
# 13 iyul 2007 14:48 (UTC +04:00)
APA-nın məlumatına görə, diplomat təmsil etdiyi ölkə, onun iqtisadi nailiyyətləri, əhalinin sosial vəziyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib. N. Zaripov Tatarıstanın ildə 30-32 milyon ton neft hasil etdiyini, neft-kimya kompleksinin, maşınqayırma sənayesinin inkişaf etdiyini vurğulayıb. Tatarıstanda “KamAZ” avtomobillərinin istehsal edildiyini deyən diplomat Azərbaycanda da bu avtomobillərin yığılması üçün danışıqların davam etdiyini deyib: “Tatarıstanda istehsal olunan soyuduculara bütün dünyada böyük maraq var. Bu soyuducularda qan, virus, ştamp kimi məhsullar saxlanılır. 520 şirkət Tatarıstana ümumi həcmi 2 milyard ABŞ dolları olan sərmayə qoyub. Həmin investorlar arasında ABŞ, İngiltərə, Almaniya, İsveçrə və digər ölkələrin şirkətləri var”. N. Zaripov Tatarıstanda “Alabuqa” adlanan Azad Ticarət Zonasının yaradıldığını, orada torpaq, əmlak, nəqliyyat, gəlir vergilərinə güzəşt olduğunu deyib və Azərbaycanın iş adamlarını əməkdaşlığa dəvət edib. /APA/














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR