Bank Of Baku

Azərbaycan və Rusiya sərhədlərinin delimitasiyasına dair dövlət komissiyalarının birgə iclası nəticəsiz başa çatıb

Azərbaycan və Rusiya sərhədlərinin delimitasiyasına dair dövlət komissiyalarının birgə iclası nəticəsiz başa çatıb
# 13 iyul 2007 11:50 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Yakovenkonun rəhbərlik etdiyi dövlət komissiyalarının birgə iclasının işində komissiya üzvləri, əlaqədar dövlət orqanlarının nümayəndələri və ekspertləri, həmçinin Qusar, Xaçmaz və Balakən rəhbərləri iştirak ediblər. İclasda razılaşdırılmamış sahələrdə dövlət sərhəd xəttinin keçməsi məsələlərinə baxılıb, habelə dövlət sərhədinin delimitasiyası üzrə əlavə normativ-hüquqi sənədlər, torpaq quruluşuna və istifadəsinə aid kartoqrafik materiallar araşdırılıb və müzakirə edilib. Görüş zamanı “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyasına dair yekun sənədlərin tərtibatı və nəşri üzrə texniki tələblər” layihəsi müzakirə edilib. Danışıqlar prosesi çərçivəsində tərəflərin mövqelərinin yaxınlaşdırılması və sərhəd xəttinin razılaşdırılmamış sahələri üzrə ümumi razılığa nail olmaq məqsədilə qarşılıqlı təkliflər üzərində işlərin davam etdirilməsi qərara alınıb. Tərəflər növbəti birgə iclasın Azərbaycanda keçirilməsi barədə razılığa gəliblər, həmin iclasın tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR