Bank Of Baku

Səfər Əbiyev: “Sülh danışıqları sonsuzluğa qədər davam edə bilməz”

Səfər Əbiyev: “Sülh danışıqları sonsuzluğa qədər davam edə bilməz”
# 13 iyul 2007 12:36 (UTC +04:00)
Gürcüstanın müdafiə naziri David Kezeraşvili iyulun 12-də Azərbaycana rəsmi səfərə gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, o, səfər proqramına bu gün Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını və Şəhid Xiyabanını ziyarətlə başlayıb. Daha sonra Müdafiə Nazirliyində D. Kezeraşvilinin təntənəli qarşılanma mərasimi olub, müdafiə naziri general polkovnik Səfər Əbiyev qonağı və nümayəndə heyətini qəbul edib. S. Əbiyev Azərbaycan-Gürcüstan əməkdaşlığının strateji xarakter daşıdığını deyərək bildirib ki, iki ölkənin problemləri oxşar olduğundan, əlaqələri daha da dərinləşdirmək, regionda təhlükəsizliyin qorunması və dövlətlərimizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində səyləri daim birləşdirmək lazımdır. Ermənistan-Azərbaycan münaqişəsi barədə danışan S. Əbiyev deyib ki, məsələnin ATƏT-in Minsk Qrupu çərçivəsində həll edilməsi barədə danışıqlar davam etdiyi üçün problemin dinc yolla həllinə üstünlük verilir: “Ancaq sülh danışıqları sonsuz davam edə bilməz. Ermənistan bundan nəticə çıxarmalı və beynəlxalq hüquq normalarına riayət edərək işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır. Əks təqdirdə, Azərbaycan öz torpaqlarını işğalçılardan azad edəcək”. D. Kezeraşvili bildirib ki, hər iki dövlətin Müdafiə nazirlikləri arasında müxtəlif sahələr üzrə əməkdaşlıq ölkələrimizin ümumi mənafeyinə xidmət edir. Nazirlər Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR