Bank Of Baku

VHP prezidentliyə namizədini qurultayda müəyyənləşdirəcək

VHP prezidentliyə namizədini qurultayda müəyyənləşdirəcək
# 13 iyul 2007 12:39 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyini hələlik müəyyənləşdirməyib. Bu barədə APA-ya partiya sədri S. Rüstəmxanlı özü məlumat verib. Onun sözlərinə görə, payızda partiyanın növbəti qurultayı keçiriləcək və növbəti seçkilərlə bağlı bütün qərarlar da qurultayda qəbul olunacaq. S. Rüstəmxanlı bildirib ki, payızda VHP-nin yaranmasının 15 ili tamam olur və buna görə də sözügedən qurultay yubiley qurultayı olacaq. Qurultayda partiyanın rəhbər orqanlarının formalaşması ilə bərabər, həm də 2008-ci il prezident seçkilərində iştirak edəcək namizədi müəyyənləşəcək. S. Rüstəmxanlı hazırda formalaşmış və formalaşmaqda olan müxalifət birliklərinin ona müraciət etdiklərini və VHP-nin də bu ittifaqlarda təmsil olunması təklifini irəli sürdüklərini də qeyd edib: “Amma biz indiki mərhələdə hər hansı ittifaqda təmsil olunmaq fikrində deyilik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR