Bank Of Baku

Zəlimxan Yaqub: “Gürcüstandakı Azərbaycan məktəblərinin bağlanması heç bir məntiqə sığmır”

Zəlimxan Yaqub: “Gürcüstandakı Azərbaycan məktəblərinin bağlanması heç bir məntiqə sığmır”
# 13 iyul 2007 12:46 (UTC +04:00)
Əgər bu gün dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiyada Azərbaycan məktəbləri açır və buna ciddi cəhdlə çalışırıqsa, az qala öz evimizin içində, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərinin bağlanması heç bir məntiqə sığmır”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xalq şairi, əslən Borçalı mahalından olan Zəlimxan Yaqub deyib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Gürcüstandakı Azərbaycan məktəblərinin bağlanması ilə bağlı təklifinə münasibət bildirən xalq şairinin sözlərinə görə, Gürcüstandakı məktəbləri bağlamaq əvəzinə dünyanın harasında azərbaycanlılar yaşayırsa, orada Azərbaycan dilində məktəblər açılmalıdır: “Əksinə, Gürcüstanda Azərbaycan məktəbləri açılmalıdır. Nazim İbrahimova mənim cavabım bundan ibarətdir. Gürcüstandakı Azərbaycan məktəbləri bağlanmamalıdır. Gürcüstan dövlətindən tələbimiz və təklifimiz ondan ibarət olmalıdır ki, gürcü dilini Azərbaycan məktəblərində mükəmməl şəkildə tədris etmək üçün yüksək savada malik olan kadrlar ayrılmalıdır”. Z. Yaqub, eyni zamanda deyib ki, azərbaycanlıların gürcü dilini öyrənməli, Gürcüstana bağlanmalı, öz tarixi vətənlərində həmişəlik olaraq əbədi fəaliyyət göstərməlidirlər: “Məsələyə bu cür yanaşma daha düzgün olar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR