Bank Of Baku

YAP Gənclər Birliyi “YAP-ın gəncləri” layihəsini həyata keçirəcək

YAP Gənclər Birliyi “YAP-ın gəncləri” layihəsini həyata keçirəcək
# 13 iyul 2007 12:53 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi “Gənclər ili” çərçivəsində “YAP-ın gəncləri” layihəsini həyata keçirəcək. Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevin APA-ya verdiyi məlumata görə, layihə çərçivəsində YAP-çı tələbə gənclər ayrı-ayrı rayonlarda olacaq, partiyanın yerli təşkilatlarının rəhbərləri ilə görüşlər keçirəcək, bölgələrdən seçilmiş deputatlar, dövlət nümayəndələri ilə birgə dəyirmi masalar təşkil olunacaq. Layihə çərçivəsində ilk tədbir isə Lənkəran şəhərində baş tutacaq. H.Paşayevin sözlərinə görə, iyulun 14-15-də 35 YAP-çı gənc Lənkərana səfər edəcək. Nümayəndə heyəti səfərin birinci günü YAP-ın yerli təşkilatının gəncləri ilə görüş keçirəcək, gənclərin problemləri ilə bağlı müzakirələr aparılacaq. İyulun 15-də isə YAP-ın icra katibi Əli Əhmədov, YAP-çı millət vəkili Hadı Rəcəblinin və rayon rəhbərliyinin iştirakı ilə gənclərlə birgə dəyirmi masa təşkil olunacaq. Bundan sonra gənclər digər rayonlara da səfərlər edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR