Bank Of Baku

Həsən Kərimov: “Fəaliyyətimizi bütünlüklə Seçki Məcəlləsinin dəyişdirilməsinə yönəltmişik”

Həsən Kərimov: “Fəaliyyətimizi bütünlüklə Seçki Məcəlləsinin dəyişdirilməsinə yönəltmişik”
# 13 iyul 2007 13:58 (UTC +04:00)
“Azadlıq” bloku hazırkı fəaliyyətini tamamilə Seçki Məcəlləsinin dəyişdirilməsinə yönəldib. Partiya 2008-ci il prezident seçkilərinə kimi sənədə dəyişiklik edilməsinə çalışacaq”. Bu açıqlamanı APA-ya blokun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov verib. Onun sözlərinə görə, məsələ ilə bağlı partiya qanun layihəsi hazırlayıb və həm ölkə daxilindəki müvafiq qurumlara, həm də beynəlxalq təşkilatlara təqdim edib. O, beynəlxalq təşkilatların əksəriyyətindən bu təklifə reaksiyanın gəldiyini qeyd edib: “Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Digər partiyaların da bu işdə aktiv iştirakına tərəfdarıq”. H. Kərimov hesab edir ki, seçkilərə kimi beynəlxalq təşkilatlar təzyiqləri daha da gücləndirəcək və Seçki Məcəlləsi dəyişdiriləcək. Partiya funksioneri yalnız Seçki Məcəlləsinə dəyişiklik edildikdən sonra blokun seçkilərdə iştirakının mümkün olacağını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR