Bank Of Baku

Gürcüstan ziyalıları Tovuz rayonuna səfərə gəlib

Gürcüstan ziyalıları Tovuz rayonuna səfərə gəlib
# 13 iyul 2007 14:54 (UTC +04:00)
Bu gün Gürcüstanın 40-a yaxın ziyalısı, şair və yazıçıları Tovuz rayonuna səfər gəlib. Bu barədə APA-ya Milli Məclisin Azərbaycan-Gürcüstan dostluq qrupunun sədri Qənirə Paşayeva məlumat verib. O bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən səfər zamanı qonşu ölkənin ziyalıları həm rayonla tanış olub muzeyləri gəzəcəklər, həm də onların iştirakı ilə bir gecə təşkil olunacaq: “Bu tədbir Tovuzla Gürcüstanın Dmanisi şəhərinin qardaşlaşmış şəhərlərə çevrilməsi istiqamətində ilkin mədəni tədbirdir. Tədbirlərdə Qardabani rayonunun rəhbərliyi də iştirak edəcək”. Gürcüstana 3 günlük səfərdən dünən Tovuza qayıdan Q. Paşayeva bazar günü Gürcüstanın Dmanisi rayonuna təkrar səfər edəcək, millət vəkilləri və digər rəsmi şəxslərlə görüşəcəyik. Q. Paşayeva xatırladıb ki, Gürcüstana səfəri zamanı onlar Marneuli, Dmanisi və Qardabanidə olaraq, orada yaşayan ziyalılarla görüşüblər: “Görüşlərdə əsas müzakirə olunan məsələ Gürcüstanda təhsil islahatları zamanı ortaya çıxan problemlər, xüsusilə məktəb direktorların imtahanı olub. Gürcüstan azərbaycanlıları bu islahatların daha mərhələli şəkildə aparmağı təklif edirlər. Bu bölgənin folkloru ilə bağlı kitabların nəşr olunmasına, Abdulla Şaiqin ev muzeyinin təmir olunmasına, Azərbaycan məktəblərində ədəbiyyat kabinetlərini vəsaitlərlə təmin olunmasına, Aşıq Kamandarın yubileyinin keçirilməsi üçün Azərbaycandan dəstək istəyiblər”. Üçgünlük səfər zamanı Q. Paşayeva bəzi gənclər təşkilatları ilə görüşüb, onların xahiş və təkliflərini dinləyib. Q. Paşayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayırdığı 3 əlil arabasını bir ailəyə təqdim edib. Səfər zamanı Gürcüstan azərbaycanlılarının Xalçaçılıq Məktəbinin qorunub saxlanması ilə də bağlı müzakirələr aparılıb.
Dünən Q. Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Tiflisdə Gürcüstan-Azərbaycan Dostluq Evinin rəhbəri Qiuli Alasaniya ilə də görüşüb. Görüşdə bölgə qubernatoru Zurab Melikaşvili də iştirak edib, təhsil məsələsi ilə bağlı ortaya çıxan problem ətrafında fikir mübadiləsi aparılıb: “Qubernator təklif edib ki, təhsil naziri Aleksandr Lomaya da bölgəyə gəlsin və azərbaycanlı ziyalılarla birgə görüş keçirilsin. Məncə, yaxın zamanlarda belə görüş baş tuta bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR