Bank Of Baku

Düşənbədə keçiriləcək MDB ölkə başçılarının sammitinin gündəliyinə 18 məsələ təklif olunub

Düşənbədə keçiriləcək MDB ölkə başçılarının sammitinin gündəliyinə 18 məsələ təklif olunub
# 13 iyul 2007 14:55 (UTC +04:00)
Oktyabrın 5-də Düşənbədə keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçıları Şurasının gündəliyinə 18 məsələnin təklif olunub. APA-nın MDB İcra Komitəsinə istinadən məlumatına görə, bu məsələlər Minskdə MDB-yə üzv ölkələrin Daimi Nümayəndələr Şurasının iclasında müzakirə olunub. Sammitin müzakirə edəcəyi əsas məsələ MDB-nin Gələcək İnkişafı Konsepsiyasının layihəsi olacaq. Sammitin gündəliyinə salınacaq digər məsələlər - təhlükəsizlik, cinayətkarlıqla birgə mübarizə, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq, terror və ekstremizmin digər növləri ilə mübarizədir.
Daimi nümayəndələr həmçinin MDB hökumət başçıları Şurasının sammit öncəsi keçiriləcək görüşünün gündəliyini də müzakirə ediblər. Ümumilikdə gündəliyə 25 məsələnin müzakirəsi təklif olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR