Bank Of Baku

Araz Əlizadə: “Azərbaycanda Kommunist Partiyası adı altında fəaliyyət göstərən qüvvələr sol yönümlü qüvvələr deyil”

Araz Əlizadə: “Azərbaycanda Kommunist Partiyası adı altında fəaliyyət göstərən qüvvələr sol yönümlü qüvvələr deyil”
# 13 iyul 2007 15:18 (UTC +04:00)
“Ölkədə Azərbaycan Sosial Demokrat Partiyasının əməkdaşlıq edə biləcəyi sol yönümlü partiya yoxdur. Sol adı ilə çıxış edən partiyalar özləri də bilmirlər ki, hansı siyasi xəttə qulluq edirlər”. Bunu APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib. Azərbaycanda yeganə sol partiyasının ASDP olduğunu deyən A. Əlizadənin sözlərinə görə, Kommunist Partiyası adı altında fəaliyyət göstərən ayrı-ayrı partiyalar heç vaxt sol yönümlü qüvvə kimi qəbul oluna bilməz: “Onların fəaliyyətini hamı görür. Ramiz Əhmədov 5 il parlamentdə oturdu, amma sol yönümlü heç nə etmədi. ASDP-nin yeganə sol qüvvə olması bizim üçün problem yaratmır. Əslində mən öz fəaliyyətimizdən narazıyam. Çünki biz çox iş görə bilərdik, amma görə bilməmişik. Ümumiyyətlə, Azərbaycanda özündən razı ola biləcək siyasi qüvvə görmürəm”.
Azərbaycan Vahid Kommunist Partiyasının baş katibi Musa Tükənov isə APA-ya açıqlamasında A. Əlizadənin dediklərinin həqiqətəuyğun olmadığını bildirib. Onun sözlərinə görə, A. Əlizadənin yeganə sol qüvvəsi kimi ASDP-ni təqdim etməsi doğru deyil: “Əslində ASDP tamamilə sol qüvvə deyil. Onlar mərkəzə yaxın solçulardır. Kommunist partiyaları isə tam şəkildə sol qüvvələr hesab olunur. Mən bunları nəzəriyyəyə əsaslanıb deyilər. Görünür Araz Əlizadə nəzəriyyəni nəzərə almır”. M. Tükənov sol adına iddia edib solçuluqdan xəbəri olmayanların da siyasətlə məşğul olduğunu və onların bir sıra hallarda problemlər yaratdığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR