Bank Of Baku

Həsən Kərimov: “Qərargahın olmaması hələlik elə bir ciddi problem yaratmır”

Həsən Kərimov: “Qərargahın olmaması hələlik elə bir ciddi problem yaratmır”
# 13 iyul 2007 15:37 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) payıza kimi qərargah problemini hüquqi yolla və yaxud icarə yolu ilə həll edə bilməsə, o zaman partiyanın üzvlərinə problemin həllinə maddi kömək etmək üçün müraciət olunacaq. Bu barədə APA-ya partiya sədrinin müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, hazırda qərargahsız fəaliyyət göstərən partiya bir sıra kiçik problemlərlə qarşılaşır. Hələlik yay aylarının olduğunu və AXCP-nqin növbəti qurultayı ilə əlaqədar funksionerlərin rayonlara ezam edildiyini bildirən müavin ciddi problemlərin ortaya çıxmadığını bildirib. Amma o payızda, qurultay ərəfəsində və prezident seçkiləri vaxtı qərargahsızlığın ciddi maneələr yaradacağını vurğulayıb. Buna görə də Həsən Kərimov payıza kimi problemi mütləq həll etmək niyyətində olduqlarını deyib: “Bir neçə yer tapılıb və onların sahiblərinə müraciət olunub. Amma onlar yeri partiya üçün icarə götürdüyümüzü bildikdən sonra əməkdaşlıqdan imtina edirlər. Ola bilsin ki, icarə yer götürə bilməsək, partiyanın imkanlı üzvlərinə müraciət edək. Bu zaman biz özəlləşdirilmiş yer alacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR