Bank Of Baku

Kommunist partiyaları 2008-ci il prezident seçkilərində vahid namizədlə iştirak etmək üçün danışıqlar aparır

Kommunist partiyaları 2008-ci il prezident seçkilərində vahid namizədlə iştirak etmək üçün danışıqlar aparır
# 13 iyul 2007 16:05 (UTC +04:00)
2008-ci il prezident seçkilərində vahid namizədlə iştirak etmək üçün kommunist partiyaları arasında danışıqlar başlayıb. Bu barədə APA-ya Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) baş katibi Musa Tükənov məlumat verib. Onun sözlərinə görə, hazırda təmsil etdiyi partiya Ramiz Əhmədovun rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyası arasında müzakirələr aparılır. O, müzakirələrin R. Əhmədovla yox, partiyanın digər səlahiyyətli şəxsləri ilə aparıldığını, bunu isə həmin şəxslərin R. Əhmədovdan fərqli olaraq, əsl kommunist kimi fəaliyyəti ilə izah edib: “Biz istəyirik ki, sol qüvvələri vahid bir namizədin ətrafında birləşdirək. Ötən prezident seçkilərində kommunist adı ilə başqa bir adamın namizədliyi irəli sürüldü. Amma onun bu ideologiyadan xəbəri yox idi və 1 faizdən az səs toplaması kommunistlərə təhqir idi. Bütün ölkələrdə kommunistlərin ən azı 30 faiz səsi olur. Biz də vahid namizəd irəli sürə bilsək, bu qədər səs ala bilərik”. M. Tükənov özünün namizəd olub-olmayacağının hələlik müzakirə mövzusu olduğunu deyib: “Əgər vahid namizəd məsələsində razılıq olsa, o zaman yəqin ki, mən namizədliyimi irəli sürməyəcəyəm. Amma partiya namizədliyimi irəli sürsə, o zaman namizədliyimi verməyə bilmərəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR