Bank Of Baku

Milli Məclisdə NATO Beynəlxalq Məktəbi yay sessiyasının iştirakçıları ilə görüş-seminar keçirilib

Milli Məclisdə NATO Beynəlxalq Məktəbi yay sessiyasının iştirakçıları ilə görüş-seminar keçirilib
# 13 iyul 2007 16:28 (UTC +04:00)
Milli Məclisdə NATO Beynəlxalq Məktəbi yay sessiyasının iştirakçıları ilə görüş-seminar keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, seminarda parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov deyib ki, Azərbaycanda “NATO həftəsi” çərçivəsində keçirilən tədbir Şimali Atlantika alyansı ilə əlaqələrin inkişafı, enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə qarşı mübarizə barədə məlumat vermək, təklifləri dinləmək məqsədi daşıyır. MM sədrinin birinci müavini Ziyafət Əsgərov 1994-cü ildə Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulduğunu, bundan sonra ikitərəfli münasibətlərin hüquqi müstəvidə inkişaf etdiyini deyib. Z. Əsgərov Azərbaycanın milli təhlükəsizlik konsepsiyası və bu sənədin əhatə dairəsi, dünyada enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə, mütəşəkkil cinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədəki rolu barədə məlumat verib. Görüşdə parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası sədrinin müavini Aydın Mirzəzadə “Enerji təhlükəsizliyi və Azərbaycanın bu sahədə rolu” mövzusunda məruzə edib. O, enerji sahəsinə təhdidlərin hamını ciddi narahat etdiyini, Azərbaycanın neft-qaz ixrac edən ölkə olduğunu və enerji təhlükəsizliyi sahəsində mühüm rol oynadığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR