Bank Of Baku

“Freedom House”un nümayəndəsi Paula Schriefer: “Erməni Milli Assambleyasının Konqresdə Azərbaycanla bağlı dinləmələrə dəvət olunmasında bizim rolumuz olmayıb”

“Freedom House”un nümayəndəsi Paula Schriefer: “Erməni Milli Assambleyasının Konqresdə Azərbaycanla bağlı dinləmələrə dəvət olunmasında bizim rolumuz olmayıb”
# 14 iyul 2007 08:40 (UTC +04:00)
“Freedom House”un nümayəndəsi Paula Schrieferin APA-nin ABŞ bürosuna verdiyi məlumata görə, ermənilərin həmin tədbirə qatılması onlar üçün də sürpriz olub: “Bizdə Erməni Milli Assambleyasının alt komitəyə müraciət edəcəyi barədə heç bir məlumat yox idi. Sizinlə yanaşı bu bizim üçün də sürpriz oldu”. Xanım Schrieferin sözlərinə Azərbaycanda insan haqları ilə bağlı dinləmələrin keçirilməsi təşəbbüsü “Freedom House”a yox, konqresmen Bill Delahuntın rəhbərlik etdiyi alt komitəyə məxsusdur: “Bu bizim qərarımız deyil. Bizdən xahiş etdilər ki, dinləmələrdə şahid qismində çıxış edək. Alt komitə bu dinləmələrə kimin çağırılmasına müstəqil qərar verir”. Alt komitənin dinləmələrində iştirak edən və adının açıqlanmasını istəməyən mənbənin məlumatına görə, bu, Azərbaycana heç bir aidiyyəti olmayan ictimai qurumun, yəni Erməni Milli Assambleyasının konkret ölkə ilə bağlı dinləmələrdə dəvət olunmasına və onların rəyinin nəzərə alınmasına dair faktdır. Mənbənin sözlərinə görə, erməni təşkilatının rəyinin qabardılması ideyası alt komitənin sədri ermənipərəst demokrat konqresmen Bill Delahunta məxsusdur. Xatırladaq ki, konqresmen Bill Delahunt böyük erməni icmasının məskunlaşdığı Massaçusets ştatından Konqresə üzv seçilib və ali qanunverici orqanın Ermənistana dəstək verən icmasının aktiv üzvüdür. O, qondarma “erməni soyqırımı” barədə qanun layihəsinin həmmüəlliflərindən biridir. Qeyd edək ki, Delahuntun rəhbərlik etdiyi alt komitənin 8 üzvündən 4-ü qondarma “erməni soyqırımı” barədə qanun layihəsinə imza atıb. Bunlar Konqresmenlər Dana Rohrabacher (Kaliforniya ştatı), Russ Karnahan (Missuri), Cozef Krovley (Nyu York) və Bill Delahuntdur. Alt komitənin məsul işçisi Kliff Stammermanın APA-ya verdiyi məlumata görə, Erməni Milli Assambleyası dinləmələrə dəvət olunmayıb və şahid qismində çıxışlar etməyib. Onun sözlərinə görə, adı çəkilən qurum sadəcə konqresmen Delahunta öz yazılı müraciətlərinin təqdim ediblər: “Bu Konqres üçün normal hal sayılır ki, dinləmələrdə iştirak etməyən icmalar öz yazılı mövqelərini alt komitələrə təqdim etsinlər. Halbuki, bu sırf onların təşəbbüsüdür və erməni icması toplantıya dəvət olunmamışdır. Erməni Milli Assambleyası konqresmen Delahuntdan onların yazılı müraciətini qəbul etməyi xahiş etmişdilər. Cənab Delahunt da bunu etdi. Biz Azərbaycan mənşəli Amerika vətəndaşlarından da eyni müraciəti qəbul etməyə hazırıq. Lakin bizə belə bir müraciət daxil olmayıb”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR